Bakıda ev partladı, Anastasiya Qudinova yaralandı

Bakıda ev partladı, Anastasiya Qudinova yaralandı
Bütün Xəbərlər
13:48 13.12.2012
1115

Bakıda yaşayış evində partlayış olub.

AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nərimanov rayonu Molla Cümə küçəsində qeydə alınıb. Bakı şəhər sakini Nazim Nəcəfova məxsus mənzildə təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə mənzilin pəncərə şüşələri sınıb, evdəki əşyalar dağılıb, orada kirayədə yaşayan Qazaxıstan vətəndaşı Anastasiya Qudinova yanıq xəsarəti aldığından xəstəxanaya yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR