Bakıda ev partladı: evin sahibi yandı

Bakıda ev partladı: evin sahibi yandı
Bütün Xəbərlər
12:51 12.12.2012
976

Hadisə Biləcəri qəsəbəsində baş verib

Ötən gün saat 15.20 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində ev partlayıb.

AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şahin İsmayılova məxsus evin mətbəxində təbii qazın sızmasından partlayış baş verib. Nəticədə evin divarları uçub. Partlayış nəticəsində ev sahibi yanıq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR