Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan ikiotaqlı evdə partlayış baş verib.
AZXEBER.COM-un Fövqəlada Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində evdə olan 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Yanğın hadisəsi və dağıntı olmayıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.