Bakının mərkəzində mənzildə yanğın baş verib.
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın paytaxtın Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan 2 otaqlı evdə baş verib.Nəticədə evin 1 otağında 1 ədəd kompyüter və masa yanıb.Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.