Bakıda evakuator "Gelandewagen"i aşırdı - FOTOLAR

Bakıda evakuator "Gelandewagen"i aşırdı - FOTOLAR
Bütün Xəbərlər
00:45 27.04.2014
5760
İcazəsiz yerdə saxlanmış avtmobili götürmək istəyəndə prosedur düzgün yerinə yetirilməyib

Bu gün Bakı şəhərinin Zivərbəy Əhmədbəyov küçəsində “Mersedes Gelandewagen” evakuatordan düşərək “Mitsubishi Pajero” markalı digər maşını vurub.

AZXEBER.COM anspress-ə istinadən bildirir ki, evakuator icazəsiz yerdə saxlanmış avtomobili götürmək istəyəndə prosedur düzgün yerinə yetirilməyib. Nəticədə hər iki avtomobilə ciddi zərər dəyib.

Xatırladaq ki, bu, Bakı şəhərində son zamanlarda baş vermiş ikinci haldır. Bir xeyli öncə də bir “CİP” avtomobili evakuatordan başqa bir maşının üzərinə düşmüşdü.

Qeyd edək ki, dünyanın inkişaf etmiş ölkələrində maşınları evakuatorla daşımırlar və təkərlərini yerindəcə qıfıllayırlar.

OXŞAR XƏBƏRLƏR