Bakıda evdə partlayış: Yaralılar var

Bakıda evdə partlayış: Yaralılar var
Bütün Xəbərlər
16:49 01.12.2015
1156
FHN məlumat yaydı.
Bakıda evdə partlayış olub.
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 120 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evdə partlayış baş verib.
Nəticədə evin dam örtüyü dağılıb və ev yararsız vəziyyətə düşüb.
Hadisə zamanı 2 nəfər yanıq xəsarəti alıb. Yanğın hadisəsi olmayıb.
OXŞAR XƏBƏRLƏR