Bakıda evdən külli miqdarda qızıl oğurlayan şəxs tutuldu

Bakıda evdən külli miqdarda qızıl oğurlayan şəxs tutuldu
KRİMİNAL
14:39 15.04.2020
2461
Sumqayıt sakininin evindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu bardə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Bildirilib ki, hadisə ilə bağlı "102” xidmətinə müraciət daxil olub. Qeyd olunub ki, 2019-cu ilin dekabr ayının 20-dən bu ilin aprelin 13-nə qədər müxtəlif vaxtlarda Sumqayıt şəhər sakininə məxsus, Biləcəri qəsəbəsində yerləşən evin dəmir barmaqlığı sındırılmaqla, ümumilikdə, 5 100 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Daxil olan müraciət əsasında Binəqədi RPİ-nın 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılan tədbirlər zamanı sözügedən ünvandan oğurluq etməkdə şübhəli bilinən qəsəbə sakini, 1981-ci il təvəllüdlü R.Həmidov müəyyən olunaraq saxlanılıb.

Məlum olub ki, R.Həmidov əvvəllər Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə məhkumluq həyatı yaşayıb. 

Faktla bağlı müvafiq rayon üzrə Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə cinayət işi açılıb.

Araşdırma davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı