Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO

Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
SOSİAL
22:11 15.03.2026
1004
Bakıda köhnə evlərin sökülməsi zamanı problemlər daha çox sahəsi kiçik olan evlərin sahibləri ilə bağlı yaranır.

Mülk sahibləri kiçik evlərinin əvəzinə böyük mənzil tələb edir, tikinti şirkətləri isə bunun mümkün olmadığını bildirirlər.

Nəticədə, tərəflər arasında mübahisələr yaranır, bəzi hallarda məsələ məhkəməyə qədər gedib çıxır. Bu problem isə illərdir həllini gözləyir.
Sakinlərdən biri vəziyyəti belə izah edib: "Razılaşa bilmirik. İstədiyimizi vermirlər. Evimi də zədələyiblər. Yenə razılaşmırlar, bizi aldadırlar. Evimin arxa hissəsini söküblər, altı su içində qalıb. 11 ailə qalmışıq, amma məsələni həll etmirlər".

Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov Baku TV-yə bildirib ki, pilot layihələrin həyata keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin 86 saylı qərarında kompensasiya sahəsinə əlavə 15-20 faiz tətbiqi nəzərdə tutulur.

Lakin ölkədə kompensasiyaların verilməsi ilə bağlı alternativ qanun və ya normativ mexanizm olmadığı üçün vətəndaşlarla söküntü işlərini aparan tərəflər arasında tez-tez mübahisələr yaranır.

Ekspertin sözlərinə görə, əsas problemlərdən biri kiçik istifadə sahəsinə görə verilən kompensasiyalarla bağlıdır.

Əgər tikinti şirkəti kompensasiyanı mənzil və ya əmlak formasında təqdim edirsə, bu zaman fərqli əmsalların tətbiqi vacibdir.

"Hazırda bu məsələni tənzimləyən konkret qanun yoxdur. Bu səbəbdən ən azı Nazirlər Kabinetinin müəyyən etdiyi 15-20 faiz əlavə kompensasiya əvəzinə diferensial yanaşma tətbiq olunması daha məqsədəuyğun olardı. Məsələn, sahəsi 20 kvadratmetrə qədər olan evlər üçün kompensasiya ən azı 30 faiz artırıla bilər. 20-30 kvadratmetr arası sahələr üçün isə ən azı 25 faiz əlavə kompensasiya tətbiq edilməsi daha ədalətli olar", - deyə Elnur Azadov qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
21:04 05.11.2026
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib