Qadın gəlir əldə etmək məqsədilə həmcinslərini fahişəliyə cəlb edirmiş
Bakıda həmcinslərini aldadaraq fahişəliyə cəlb edən qadın tutulub.
AZXEBER.COM Daxili İşlər Nazriliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Gülnar Orucova gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi barədə məlumat daxil olub. Məlumata əsasən İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları əməliyyata başlayıb. Əməliyyat nəticəsində qadın saxlanılıb.