Bakıda fahişələr gündə 1 milyon dollar qazanır - ŞOK İDDİA

Bakıda fahişələr gündə 1 milyon dollar qazanır -  ŞOK İDDİA
Bütün Xəbərlər
15:21 14.05.2014
6404

“Bakıda fahişələr gün ərzində orta hesabla 1 milyon dollar qazanc əldə edirlər”.

AZXEBER.COM-un məlumatına görə, bunu echo.az-a Davamlı İnkişaf Araşdırma Mərkəzinin sədri Nəriman Ağayev bildirib.

N.Ağayevin sözlərinə görə, Bakıda qazanc üçün yüngül həyat tərzi keçirənlərin sayını dəqiq söyləmək çətindir: “Lakin kafelər, saunalar, barlar və digər yerlərin sayını hesablamaqla belələrinini sayının təxminən 3 min olduğunu söyləmək mümkündür. Təbii ki, bu fakt nəzərə alınmaqla seks-biznesindən hər gün milyon dollardan çox qazanc əldə edildiyini söyləmək olar”.

N.Ağayev günahı yalnız fahişələrin üzərinə atmağın əleyhinədir: “Günahı yalnız fahişələrin üzərinə atmaq olmaz. Belə xidmətlərdən istifadə edən müştərilər günahkardır. Bölgələrdən Bakıya bu xidmətdən istifadə etmək üçün gələn kişilərin sayı da az deyil. Bu isə fahişələrə olan tələbatı artırır. Tələbat isə hamıya məlumdur ki, təkliflər doğurur. Fahişələr əsasən səhər saat 2-dan 5-dək işləyirlər. Fahişələrin qiymətlərində ən aşağı hədd 10 manatdır. Onları əsasən Səməd Vurğun adına parkın yaxınlığında tapmaq olar. Ümumilikdə isə qiymətlər 800 manatadəkdir”.

Qeyd edək ki, Azərbaycanda seks-biznesinə qarşı fikirlər birmənalı deyil. Hətta bəziləri fahişələrin fəaliyyətindən istifadə edənlərin artdığını əsas gətirərək bu fəaliyyətin qanuniləşdirilməsini təklif edir. Guya ki, bu fəaliyyətin qanuniləşdirilməsi fahişələrin mütəmadi tibbi müayinədən keçmələrinə, eləcə də vergi vermələrinə səbəb olacaq.

Amma “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bunun əleyhinədir.

Hüquq müdafiəçisi  bildirdi ki, fahişənin sayının çox olması və ya fahişələrin arasında gənc qadınların artması leqallaşmaya əsas ola bilməz: “Birincisi, təqdim edilən məlumat Bakıya deyil, Ukraynaya aiddir. İkincisi, leqallaşdırma qadını azad etmir. Qadınların sosial-ictimai həyatını asanlaşdıran, maddi problemlərinin həllinə yönələn proqramlar həyata keçirilməlidir. Qadinların iqtisadi azadlığına yardımçı olsunlar. Bu zaman fahişələrin sayı da azalacaq. Heç kim bu yola könüllü əl atmır”.

OXŞAR XƏBƏRLƏR