Bakıda fevral ayına olan hava proqnozu

Bakıda fevral ayına olan hava proqnozu
Bütün Xəbərlər
11:35 31.01.2012
8738
Ayın ilk günlərində və ikinci ongünlüyündə temperatur iqlim normasından aşağı olacaq.
Fevral ayında Azərbaycanda havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Lakin ayın ilk günlərində və ayın ikinci ongünlüyündə temperaturun iqlim normasından aşağı enəcəyi proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AZXEBER.COMa verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 2-4 dərəcə isti gözlənilir ki, bu da kiçik mənfi fərqlə iqlim normasına yaxındır. Gecələr 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, soyuq dövrlərdə 3-8 dərəcə şaxta gözlənilir. Gündüzlər 3-8 dərəcə isti, soyuq dövrlərdə 0-2 dərəcə şaxta təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 21-24 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.
OXŞAR XƏBƏRLƏR