Bakıda film kimi hadisə: Dostları avtomatdan atəşə tutdu - VİDEO

Bakıda film kimi hadisə: Dostları avtomatdan atəşə tutdu - VİDEO
HADİSƏ
11:25 27.08.2021
5284
2018-ci il dekabrın 27-si saat 23:30-da 1991-ci il təvəllüdlü Tural Babayev Keşlə qəsəbəsi ərazisindən odlu silah yaraları ilə 3 saylı ŞKX-yə daxil olub və orada dünyasını dəyişib.

AZXEBER.COM BAKU.TV-yə istinadən məlumatına görə, bundan 1 saat sonra Kliniki Tibbi Mərkəzinin tibb bacısı Nizami RPİ 23-cü polis bölməsinə məlumat verib ki, həmin qəsəbədən güllə yaraları ilə 1988-ci il təvəllüdlü Asif Bağırov gətirilib və həyatı xilas edilib.

Həmin tarixli protokola əsasən, Fərzəliyev küçəsi 2 ünvanında yerləşən Tütün Fabrikinin arxasındakı əraziyə baxış keçirilib.

Yolun mərkəzində şüşələri və sol yan güzgüsü sınmış vəziyyətdə "Hyundai Elantra” markalı avtomobil dayanıb.

Avtomobilin salonunda və ətrafında qan ləkələri, 16 ədəd avtomat silahının gilizləri, sürücü oturacağının üzərində, həmçinin yerdə bıçaqlar aşkar edilib.

Nizami rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Səhəri gün Zaur İsmayılov (1986-cı il təv.) Nizami RPİ-yə könüllü gələrək təslim olub.

Saxlanılan şəxs Keşlə qəsəbəsi, Köndələn küçəsi 23 ünvanında, təsərrüfat damında gizlətdiyi avtomatı və sandıqçaları göstərib. O, həmin silahla 2 nəfəri güllələdiyini etiraf edib.

Baxış keçirilərkən sandıqçanın biri boş olub, digərinin içində isə 30 ədəd patron aşkar edilib. Bundan başqa, evdə axtarış aparılarkən bir ədəd giliz, güllə, «Nissan» markalı avtomobilin salonundan isə bıçaq götürülüb.

İstintaqla müəyyən edilib ki, 2018-ci ilin iyul ayında Keşlə qəsəbəsi, Sabir küçəsi 1 ünvanında yerləşən "909” adlı kafedə Tural Babayev törətdiyi cinayət əməlinə görə cəza çəkdiyi müddətdə onu ziyarət etməməsini əsas gətirərək Zaur İsmayılovdan əmlakını tələb edib.

Yaranan mübahisə zamanı Tural Babayev onu döyüb, onun yanında olan tanışı Asif Bağırov isə ünvanına nalayiq ifadələr işlədib.

Dekabrın 27-si saat 23 radələrində Babayev və Bağırov "Hyundai” markalı avtomobillə yaşadığı ünvana gəldikdə onlarla təklikdə görüşmək üçün ailə üzvlərini qardaşı Qafur İsmayılovun idarə etdiyi "BMW” markalı maşınla qayınatasının evinə yola salıb.

Turalın və Asifin həmin avtomobili təqib etmələri barədə qardaşından məlumat aldıqda Zaur həmin şəxslərin ona qarşı əvvəllər etdikləri qərəzli hərəkətlərinə görə və aralarındakı ədavətlə bağlı ailə üzvlərinə təzyiq göstərməklə onu alçaltmalarından hiddətlənərək qisas niyyəti ilə sonuncuları qəsdən öldürməyi qərarlaşdırıb.

Hadisəni törətdikdən sonra Nizami RPİ-yə gedib, Tural Babayevin öldüyünü, Asif Bağırovun isə xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Südabə Həsənova ifadəsində göstərib ki, oğlu Tural Babayev ilk dəfə yol nəqliyyat hadisəsi törətdiyinə, ikinci dəfə isə kafedə dalaşdığına görə məhkum olunub. Cəzasını çəkib qurtardıqdan sonra heç yerdə işləməyib.

Məhkəmə hesab edib ki, Zaur İsmayılovun törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 228.1 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və ya gəzdirmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə düzgün tövsif edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur İsmayılov 18 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda dəm qazından boğulan şəxs şəhid qardaşı imiş
00:56 12.10.2026
Sumqayıtda dəm qazından boğulan şəxs şəhid qardaşı imiş
İnsanların qeyri-adi dərəcədə uzun ömür sürdüyü "mavi zona"
00:46 12.10.2026
İnsanların qeyri-adi dərəcədə uzun ömür sürdüyü "mavi zona"
Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? - Video
00:34 12.10.2026
Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? - Video
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
00:28 12.10.2026
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Sevgidən başlarını itirəcəklər – Üç BÜRCƏ aiddir
00:18 12.10.2026
Sevgidən başlarını itirəcəklər – Üç BÜRCƏ aiddir
Netanyahu İran, Qəzza və Livandakı vəziyyətlə bağlı təhlükəsizlik müşavirəsi çağırıb
00:09 12.10.2026
Netanyahu İran, Qəzza və Livandakı vəziyyətlə bağlı təhlükəsizlik müşavirəsi çağırıb
Bahalı avtomobillər niyə qəfildən yanır? - VİDEO
00:03 12.10.2026
Bahalı avtomobillər niyə qəfildən yanır? - VİDEO
Hava soyuyan kimi dəm qazının törətdiyi faciələr artır - VİDEO
23:56 11.10.2026
Hava soyuyan kimi dəm qazının törətdiyi faciələr artır - VİDEO
İsrail ordusu Livanın cənubunda şübhəli hava hədəfinə qarşı raket buraxıb
23:50 11.10.2026
İsrail ordusu Livanın cənubunda şübhəli hava hədəfinə qarşı raket buraxıb
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
23:44 11.10.2026
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir
23:34 11.10.2026
Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir
Rusiyanın Ukraynaya hava zərbələri nəticəsində 6 nəfər həlak olub
23:28 11.10.2026
Rusiyanın Ukraynaya hava zərbələri nəticəsində 6 nəfər həlak olub
“Slaviya” Bakıda
23:14 11.10.2026
“Slaviya” Bakıda
Oman sahillərində tankerə PUA hücumu olub, 2 hindistanlı dənizçi itkin düşüb
23:03 11.10.2026
Oman sahillərində tankerə PUA hücumu olub, 2 hindistanlı dənizçi itkin düşüb
Zelenski Rusiya ilə enerji atəşkəsinə hazır olduqlarını açıqlayıb
22:57 11.10.2026
Zelenski Rusiya ilə enerji atəşkəsinə hazır olduqlarını açıqlayıb
Sənədsiz evlərə necə çıxarış almaq olar? - VİDEO
22:46 11.10.2026
Sənədsiz evlərə necə çıxarış almaq olar? - VİDEO