Klubun soyunub-geyinmə otağı külə dönüb
Bu gün Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan fitnes klubda yanğın baş verib. AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fitnes klubun soyunub-geyinmə otağının taxtadan olan arakəsmə divarları 20 kv.m sahədə yanıb.
“LG” markalı kondisioner və 1 ədəd şkaf yüksək temperaturdan deformasiyaya uğrayıb. Fitnes klubunun qalan hissəsi yanğından mühafizə olunub.