Bakıda flaş-mob - FOTOLAR

GƏNCLİK
14:37 17.09.2012
2353
 Azərbaycan Avropa Hərəkatı Bakının mərkəzində - “Fəvvarələr Meydanı”nda flaşmob keçirib.Hərəkatının mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, flaşmobda hərəkatın 30-dan çox könüllüsü iştirak edib.Könüllülər əllərində üzərində Avropa Birliyinin emblemi əks olunan 300-ə yaxın şarı azyaşlı uşaqlara paylayıblar.Yarım saata yaxın müddətdə davam edin flaşmobun əsas məqsədi daha pozotiv vasitələrlə insanlara Avropa dəyərlərini aşılamaq olub. Şarlar isə simvolik olaraq Avropa Birliyinin vətəndaşlıq vəsiqəsi anlamını daşıyıb. Flaşmobun əsas şuarı “Bu gün şar, 10 il sonra Avropa Birliyinin vəsiqəsi” olub.Bildirək ki, bu formada flaşmoblar bundan sonra da davam etdiriləcək. Növbəti belə flaşmoblar Bakıdakı orta məktəblərin qarşısında keçiriləcək.Qeyd edək ki, Flaşmoba Azərbaycanda səfərdə olan Beynəlxalq Avropa Hərəkatının baş katibi Diogo Pinto və Azərbaycan Avropa Hərəkatının Prezidenti Ramin Hacılı da qatılıb.

OXŞAR XƏBƏRLƏR