Sabunçu rayonunda 29 yaşlı kişi 24 yaşlı oğlanı güllələyib
Ötən axşam saat 21:30 radələrində Bakının Sabunçu rayonunda 29 yaşlı kişi 24 yaşlı oğlanı güllələyib. Rayon Polis İdarəsi 14-cü polis bölməsindən verilən məlumata görə, hüdisə Nardalan-Maştağa massivində baş verib. Belə ki, Yasamal rayo Nərimanov küçəsi ev 74 ünvanında qeydiyyatda olan, lakin hazırda Nardalanda yaşayan 1984-cü il təvəllüdlü Vasif Eldar oğlu Cabbarov Nardalan sakini 1989-cu il təvəllüdlü Anar Əmir oğlu Quliyevi güllələyib. Ayaq nahiyyəsindən dərin güllə yarası alan Anar Quliyev xəstəxanaya yerləşdirilib. Hadisənin nə səbəbdən baş verdiyi araşdırılır.(ANS press)