Paytaxtda gənc oğlan ürəyindən bıçaqlandı.
AZXEBER.COMxəbər verir ki, bu barədə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib. Prokurorluqdan bildirilib ki, saat 05:00 radələrində Binəqədi rayonu Naxçıvani küçəsi 13-də yerləşən “MAK” klubunda 1993-cü il təvəllüdlü Həsənov Ənvər Kamran oğlu 1989-cu il təvəllüdlü Məmmədzadə Səttar Fərman oğlunu bıçaqla ürək nayihəsindən vuraraq qətlə yetirib. Hadisənin hansı zəmində baş verdiyi bilinmir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılıb.