Bakıda ‘Gelandewagen’ aşdı - FOTOLAR

Bakıda ‘Gelandewagen’ aşdı -  FOTOLAR
Bütün Xəbərlər
15:49 26.09.2013
7177

Bir neçə dəqiqə əvvəl Xətayi Rayon Prokurorluğu binası yaxınlığında ağır yol qəzası baş verib.

AZXEBER.COM Vesti.az-a istinadən xəbər verir ki, nəticədə yüksək sürətlə hərəkət etdiyi ehtimal edilən “Gelandewagen” avtomobili arxası üstə çevrilib. Şahidlərin sözlərinə görə, avtomobilin sürücüsü qəzadan xəsarətsiz qurtula bilib.

Hadisə yerinə dərhal yol polisi əməkdaşları gəliblər və avtomobilin nömrəsi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Mercedes Gelandewagen» modelinin orta qiyməti 200 000 dollardır. Avtomobilin kimə məxsus olması isə məlum deyil.

OXŞAR XƏBƏRLƏR