Bakıda gənc bacısına SMS yazan oğlanı öldürdü

Bakıda gənc bacısına SMS yazan oğlanı öldürdü
Bütün Xəbərlər
01:02 15.01.2013
4319

İki gənc arasında düşən dava qətlə səbəb olub

İki gənc arasında düşən dava qətlə səbəb olub. Hadisə Sumqayıtda Novxanı bağlar massivində baş verib. 24 yaşlı Nazim Xanışov şəhər sakini Samir Məmmədovu namus üstündə bıçaqlayaraq onu amansızlıqla qətlə yetrib.

Hadisədən sonra Nazim Xanışov qaçıb gizlənsə də Sumqayıt polisi onu saxlayaraq istintaqa cəlb edib.

Nazim Xanışov bacısı ona hadisədən bir neçə gün əvvəl bir nəfər tərəfindən telefonla narahat edildiyini deyib. Bundan sonra Nazim bacısını narahat edən Samir Məmmədovla görüşmək qərarına gəlib. Elə hadisə də həmin vaxt olub.

Onuda qeyd edək ki, bıçaqlanaraq qətlə yetrilən Samir Məmmədov iki ay əvvəl hərbi xidmətədən gəlibmiş.İndi Sumqayıt polis və prokuroluğ əməkdaşları hadisənin dəqiq səbəblərini araşdırırlar. Fakta görə cinayət işi başlanılıb. //SIA

OXŞAR XƏBƏRLƏR