Bakının Xətai rayonunda ağır cinayətin üstü açılıb.
AZXEBER.COM Xətai rayon Polis İdarəsinə istinadən xəbər verir ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, aprelin 15-də itkin düşən Bəsti Paşa qızı Mirzəyeva (1972-ci il təvəllüdlü) qətlə yetirilib.Qətli qadının qeyri-rəsmi nikahda yaşadığı Sübhan Kamal oğlu Məmmədov (1988-ci il təvəllüdlü) törədib. S.Məmmədov saxlanılıb.Dindirilmə zamanı o əvvəlcə bildirib ki, B.Mirzəyeva özünü asıb, lakin sonra onu boğduğunu etiraf edib.Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.