Bakıda avtomobilini yolun kənarında saxlayan sürücü oğurluq hadisəsi ilə üzləşib.
AZXEBER.COM-a müraciət edən zərərçəkənin sözlərinə görə, hadisə avtomobilindən düşüb yaxınlıqdakı marketə girdiyi zaman baş verib. Avtomobilinin qapısının açıq olduğunu görən oğru isə fürsəti əldən verməyib. Sürücünün uzaqlaşdığına əmin olduqdan sonra o qapını açaraq bir neçə saniyyənin içərisində avtomobildəki telefonu oğurlayıb.
Yaxınlıqdakı iaşə obyektinin müşahidə kamerası tərəfindən lentə alınan görüntülərdə oğurluğu törədən şəxsin üzü açıq-aydın görünür.
Həmin görüntüləri təqdim edirik: