Bakıda gənc oğlan hər kəsin gözü önündə avtomobildən belə oğurluq etdi - VİDEO

Bakıda gənc oğlan hər kəsin gözü önündə avtomobildən belə oğurluq etdi - VİDEO
SOSİAL
14:29 08.11.2017
3678
Bakıda avtomobilini yolun kənarında saxlayan sürücü oğurluq hadisəsi ilə üzləşib. 
 
AZXEBER.COM-a müraciət edən zərərçəkənin sözlərinə görə, hadisə avtomobilindən düşüb yaxınlıqdakı marketə girdiyi zaman baş verib. Avtomobilinin qapısının açıq olduğunu görən oğru isə fürsəti əldən verməyib. Sürücünün uzaqlaşdığına əmin olduqdan sonra o qapını açaraq bir neçə saniyyənin içərisində avtomobildəki telefonu oğurlayıb. 
 
Yaxınlıqdakı iaşə obyektinin müşahidə kamerası tərəfindən lentə alınan görüntülərdə oğurluğu törədən şəxsin üzü açıq-aydın görünür. 
 
Həmin görüntüləri təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR