Bakının Səbail rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, cavan qadın küçənin ortasında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. Qanlı hadisə sentyabrın 14-ü saat 22:30 radələrində Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi, 5 saylı evin qarşısında törədilib. Naməlum şəxs 34 yaşlıİradə Rzayevanı öldürüb. Hadisə yerinə prokurorluq əməkdaşları gəliblər. Məlum olub ki, mərhumu 30 yaşlı tanışıOqtay Nəcəfovmətbəx bıçağı ilə öldürüb. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
İlkin dindirmə zamanı qətl törətməsini mərhum İradə Rzayevanın onu ailəsi ilə şantaj etməsi ilə əsaslandırıb: "İradə ilə marketlərdən birində satıcı işləyən zaman tanış olmuşuq. O vaxt mən də həmin marketdə satıcı işləyirdim. Elə o vaxtdan aramızda münasibətlər yarandı və mütəmadi olaraq görüşməyə başladıq. Lakin son zamanlar aramız soyumuşdu. İradə ayrılmamaq üçün məni ailəmlə hədələməyə başladı, münasibətlərimizi həyat yoldaşıma deyəcəyi ilə hədələyirdi. Dünən telefonla danışıb görüşdük və onu vurdum". Qeyd edək ki, hər iki şəxs ailəlidir və hər birinin iki ovladı var.