Bakıda gənc oğlan söydüyü söyüşə qanı ilə cavab verib.
Nizami rayonu Qara Qarayev prospektində Bakı şəhər sakini Rüstəm Talıbov, tanışı Bəxtiyar Cəbiyev tərəfindən bıçaqlanıb. Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bəxtiyar Cəbiyev tutulub.
Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, Rüstəm hadisədən əvvəl Bəxtiyarı söyüb. Bıçaqlanma da elə söyüşün üstündə olub. Bəxtiyar ona bir bıçaq zərbəsi vuraraq qaçıb gizlənib.