Bakının Nizami rayonunda gənc oğlanı həmyerlisi ürəyindən bıçaqlayıb. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, hadisə dekabrın 22-də “Maqnit” ticarət mərkəzinin qarşısında törədilib. Ötən gecə saat 22 radələrində 23 yaşlı Lerik rayon sakini Dəyanət Rzayev münaqişə zəminində həmyerlisi 21 yaşlı Məlikağa Mirzəyev tərəfindən bıçaqlanıb. Ürək nahiyəsindən ağır xəsarət alan D.Rzayev yaxınlıqdakı klinikalardan birinə çatdırılıb. Hazırda reanimasiya şöbəsində olan yaralının vəziyyəti ağırdır.