Onların dəm qazından zəhərləndikləri ehtimal olunur
Bakının Binəqədi rayonu ərazisində iki sevgilinin meyiti tapılıb. Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, onlar 46 yaşlı Lənkəran rayon sakini Nərminə Muradova və 25 yaşlı Şirvan şəhər sakini Amid Əliyevdir. Hər iki şəxsin meyiti Rəsulzadə qəsəbəsi Ə.Məmmədov küçəsi ev 3, mənzil 1-də aşkarlanıb. Üzərində zorakılıq əlamətləri olmayan şəxslərin dəm qazından zəhərləndikləri ehtimal olunur. Mərhumların qeyri-rəsmi nikah münasibətləri olub. Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.