Bakıda gənc qətlə yetirildi

Bakıda gənc qətlə yetirildi
Bütün Xəbərlər
14:56 12.07.2013
2148

Bakıda öldürülən oğlanın şəxsiyyəti müəyyənləşib.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı ötən gecə BMW servisin qarşısında qətlə yetirilən şəxsin Tərtər sakini, 26 yaşlı Samir Mustafayev olduğu müəyyənləşib. Onun meyiti müayinə edildikdən sonra ailəsinə təhvil verilib.

Polisdən artıq qətli törədən şəxsin kimliyinin müəyyənləşdiyi də deyilib. Hazırda həmin şəxsin tutulması istiqamətində tədbirlər davam etdirilir.

İlkin ehtimala görə, hadisə namus üstündə baş verib.

OXŞAR XƏBƏRLƏR