Bakıda gənc qızı WhatsApp-da şantaj etdilər

Bakıda gənc qızı WhatsApp-da şantaj etdilər
Bütün Xəbərlər
17:13 13.11.2014
4797

Oğlan onunla evlənəcəyini deyirmiş...

Xəzər rayon sakini şantajın qurbanı olub.AZXEBER.COM xəbər verir ki, bu barədə Vesti.az-a Xəzər rayon Polis İdarəsindən bildiriblər.

Xəbər verildiyi kimi noyabrın 12-də adıçəkilən rayonun polis idarəsinə 30 yaşlı Qala qəsəbəsinin sakini Səlimə Qəhrəmanova (ad etik normalara görə dəyişdirilib) müraciət edərək bildirib ki, Əli adlı şəxs ondan 5000 manat pul, üç mobil telefon və zinət əşyaları alıb.

Xanımın sözlərinə görə, o həmin şəxsə öz telefonunu satıb, amma telefonun yaddaşından şəxsi şəkillərini və videoçarxları silməyi unudub.

Bunları görən Əli, Qəhrəmanova ilə əlaqə quraraq bildirib ki, əgər ona pul verməsə bu şəkil və videoçarxları sosial şəbəkələrdə yerləşdirəcək. Bu yolla Əli Qəhrəmanovadan pul, mobil telefon və zinət əşyaları alıb.

Amma ilkin istintaq zamanı polis əməkdaşları aydınlaşdırıblar ki, qadın nəyi isə gizlədir. Aydın olub ki, Qəhrəmanova sevdiyi şəxslə WhatsApp vasitəsilə yazışırmış, onu sevindirmək üçün özünün iştirak etdiyi erotik tərkibli videoçarxı ona yollayıb. Onun sözlərinə görə o bunları həmin şəxsin onunla evlənəcəyinə söz verdiyi üçün edib.

Bu videoçarxlar şantajçının əlinə düşüb.

“İstənilən halda, hər şey Əlini saxladıqdan sonra aydın olacaq. İndi isə Qəhrəmanovadan onun nə qədər pul aldığını demək çətindir”, - polisdə deyiblər.

Hal-hazırda fakt üzrə araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR