Bakıda gənci döyüb, xəstəxanalıq etdilər

Bakıda gənci döyüb, xəstəxanalıq etdilər
SOSİAL
23:11 18.01.2020
5412
Bakının Xətai rayonunda Nobel prospektində, "Günəş" marketin yaxınlığında döyülmə hadisəsi baş verib.

1991-ci il təvəllüdlü Əliyev Ağacan İntiqam oğlu tanıdığı şəxslərlə mübahisə edib. Mübahisə böyüyüyb və  o, döyülərək ağır xəsarət alıb.

3 saylı şəhər xəstəxanasına çatdırılan şəxsə qapalı kəllə-beyin travması, üzün çoxsaylı kəsilmiş yarası diaqnozu qoyulub. Bildirilir ki,  Əliyev Ağacan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. 
 
///Unikal.org 
OXŞAR XƏBƏRLƏR