Bir neçə gün sonra ölkəmizdə Gənclər Günü keçiriləcək. Bizim bu layihəni etməkdə əsas məqsədimiz gənclərimizin asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq və onların aktivliyini təmin etməkdir.
Gün.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədriŞahin SeyidzadəGənclər Günü münasibəti ilə Park Bulvar AVM-də keçirilən “Gənclər Həftəsi”nin açılış mərasimində deyib.Şura sədri bildirib ki, kampaniya 31 yanvar-7 fevral tarixlərini əhatə edəcək:“Kampaniya ərzində Park Bulvarda istedadlı gənclərin təqdimatında müxtəlif ifalar, gənclər tərəfindən həyata keçirilən aksiyalar və Park Bulvarda yerləşən bəzi mağazalarda endirim kampaniyaları olacaq”.Ş.Seyidzadə həmçinin deyib ki, kampaniya çərçivəsində ticarət mərkəzində təşkilatçılar tərəfindən gənclərə, üzərində “Mən gəncəm! Bəs sən?” şüarı qeyd edilmiş stikerlər və kampaniyaya qoşulan gənclər üçün həmin mağazalar və kafelərdən təkliflər gələcək.Daha sonra Park Bulvar AVM-in piar meneceri Günay Malikqızı kampaniyaya qoşulan gəncləri təbrik edərək onları daha aktiv olmağa çağırıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə öz çıxışında gəncləri təbrik edib:“Bu gün gözəl bir aksiyaya start verilir. Bilirsiniz ki, ölkəmizdə Gənclər Günü qeyd ediləcək. Elə buna görə də biz ARGTMŞ-nın bu təşəbbüsünü dəstəklədik.
Düşünürəm ki, bu bir neçə gün ərzində hər bir gənc bu aksiyadan yararlana biləcək. Mən hər bir gənci bu münasibətlə təbrik edirəm”.Daha sonra kampaniyaya qoşulan gənclər bacarıqlarını nümayiş etdiriblər.Qeyd edək ki, kampaniya Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub.