Bakıda Gənclərin Beynəlxalq Sağlamlıq Forumu keçiriləcək

GƏNCLİK
10:20 17.09.2013
1383

Gənclər Fondunun dəstəyi ilə “Nur” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən 24-28 sentyabrda “Bakı Beynəlxalq Gənclər Sağlamlıq Forumu” keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, layihənin həyata keçirilməsində başlıca məqsəd ictimai fəal gənclər üçün gənclərin sağlamlığı və sağlam həyat tərzinin təbliği istiqamətində ən yaxşı təcrübələrin öyrənilməsidir.Həmçinin, bu prosesdə hazırki vəziyyətin təhlili, gənclərin maarifləndirilməsi vasitəsilə ictimai səhiyyə siyasətinin inkişafının dəstəklənməsi, yeni təşəbbüslərin formalaşdırılması və gələcək əməkdaşlıqların yaradılmasına vasitəçi olmaqdan ibarətdir.Forumda Portuqaliya, İrlandiya, Bosniya və Hersoqovina, Litva, Serbiya və Gürcüstandan da gənclər iştirak edəcəklər. Forumun işinə dövlət qurumlarının və beynəlxalq təşkilatların mütəxəssisləri dəvət olunacaqlar.Layihə iştirakçılarının müzakirələr və qrup işi vasitəsilə müxtəlif mühit və icmalarda uğurlu fəaliyyət üsullarını öyrənməsi problemə hərtərəfli yanaşmanı və gələcəkdə qarşılaşa biləcəkləri oxşar halların öhdəsindən gəlmələrini təmin edəcək.

OXŞAR XƏBƏRLƏR