Bakıda general oğlunun vurduğu adam tapıldı

Bakıda general oğlunun vurduğu adam tapıldı
Bütün Xəbərlər
13:46 17.04.2015
1741
Bakıda general oğlunun törətdiyi cinayətin üstündən bir neçə gün keçsə də, özü həbs olunsa da, qaranlıq məqamlar kifayət qədərdir.Yasamal rayonundakı “Senator” restoranında aprelin 10-da baş verən davada DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev bir nəfəri bıçaqlayıb. Mətbuatda yayılan məlumat görə, T.Əsədullayev hadisədən sonra qaçıb gizlənsə də, onun əməlindən xəbər tutan atası övladını polisə təhvil verərək həbs etdirib. Məhkəmənin qərarı ilə T.Əsədullayev barəsində dörd aylıq həbs-qəti imkan tədbiri seçilib. Generalın oğlu Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur.Hadisənin üstündən bir həftədən artıq vaxt keçməsinə baxmayaraq, T.Əsədullayevin kimi bıçaqlaması gizlədilir. Yasamal rayon prokuroru Rasim Hacıyev Milli.Az-a açıqlamasında bildirdi ki, hazırda istintaq getdiyindən zərərçəkmiş şəxsin adının açıqlanmasına zərurət yoxdur. Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır. Əlavə məlumatlar və hallar ortaya çıxsa, Baş Prokurorluğun mətbuat xidməti vasitəsilə sorğu vasitəsilə mətbuata məlumat verilə bilər.Məsələ ilə bağlı Milli.Az öyrəndi ki, T.Əsədullayev dava saldığı restoranın mühafizəçisini bıçaqlayıb. Lakin həmin şəxsin adı gizli saxlanılır. Hadisə ilə bağlı generalın özü ilə də əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.Xatırladaq ki, general Şərif Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin rəisi şeyxülislam Hhacı Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır. Onun xanımı bir neçə il əvvəl ağır xəstəlikdən dünyasını dəyişib. T.Əsədullayevə gəlincə, “Senator”da baş verən hadisə onun ilk əməli deyil. Ötən ilin mayında Bakıda Tamerlan Əsədullayev və dostları polisləri döydüklərinə görə gündəmə gəlmişdi. Bakıda, “Qış parkı”nın yaxınlığında gecə saat 04 radələrində növbə çəkən post patrul polisləri sərxoş vəziyyətdə olan T.Əsədullayevin bir qadını döydüyünü görərək onu saxlamağa cəhd etmişdilər. Lakin generalın oğlu onlara tabe olmayıb, polisləri söyüb və onları vuraraq hadisə yerindən uzaqlaşmışdı. Daha sonra yenidən geri qayıdan Tamerlan Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir etmişdi. Polislər isə hadisə yerinə Post Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalmışdılar və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa, 27-ci polis bölməsinə aparmışdılar.
OXŞAR XƏBƏRLƏR