Bakıda gömrükçü öz mağazasında öldürüldü — FOTOLAR

Bakıda gömrükçü öz mağazasında öldürüldü — FOTOLAR
SOSİAL
11:38 13.10.2025
587
Oktyabrın 11-i günorta saatlarında Bakı şəhər Suraxanı rayonu ərazisində qətl törədilib.

AZXEBER.COM xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev bıçaqlanaraq qətlə yetirilib.

Bildirilib ki, hadisə Əmircan qəsəbəsi ərazisində A.Mustafayevə məxsus mağazada baş verib. Xəstəxanaya çatdırılan 43 yaşlı kişi orada vəfat edib.

Ona bıçaqla xəsarətlər yetirərək öldürməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.Xəlilov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.
 
\Qafqazinfo.az
 
09.35
 
Dünən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ayxan Mustafayev bıçaqlanaraq qətlə yetirilib.

AZXEBER.COM Bakupost.az-a istinadən xəbər verir ki, hadisə gömrükçünün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu ərazisində — ona məxsus mağazada baş verib.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR