Bakıda güclü külək ağacı aşırdı

Bakıda güclü külək ağacı aşırdı
SOSİAL
09:36 16.04.2025
205
Bakı ərazisində əsən güclü külək səbəbindən ağac aşıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində, metronun "Nizami” stansiyası yaxınlığında qeydə alınıb.

Ağacın aşması nəticəsində xəsarət alan olmasa da, avtomobillərin hərəkətində çətinlik yaranıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ağac, budaq qırıqlarının toplanılmasına cəlb edilib.
OXŞAR XƏBƏRLƏR