xari

Bakıda güclü külək orta məktəbin dam örtüyünü uçurdu

SOSİAL
11:56 07.03.2021
850
Paytaxtda müşahidə olunan güclü külək 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü uçurub.

Bu barədə AZXEBER.COM-a Bakı Şəhər Təhsil İdarəsindən bildirilib.

Qeyd edilir ki, hadisə ilə əlaqədar mütəxəssislər məktəbdə olub, ilkin təhlükəsizlik tədbirləri görülüb. Araşdırmalardan sonra müvafiq rəy veriləcək.
İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq.

OXŞAR XƏBƏRLƏR