Bakıda gündüz saatlarında işıqforları kim söndürür?

Bakıda gündüz saatlarında işıqforları kim söndürür?
Bütün Xəbərlər
12:17 26.07.2014
728

Bir müddət bundan öncə mütəmadi olaraq Bakının yollarında işıqforların sıradan çıxması halları tez-tez müşahidə olunurdu. Artıq paytaxt yollarına yeni işıqforların quraşdırılması problemi biraz da olsa aradan qaldırdı.

Son günlər isə paytax Bakının müəyyən prospektlərində xüsusən də gündüz saatlarında işıqforların söndürülməsi halı müşahidə olunur. Belə ki, günorta saatlarında söndürülən işıqforlar, yalnız axşamlar yandırılır.

AZXEBER.COM-a müraciət edən Bəşir Süleymanov adlı sürücünün sözlərinə görə, işıqforlar günorta saatlarında  bilərəkdən söndürülür. Bu hal xüsusən Bakının Tiblisi prospektində müşahidə olunur:

“Tiblisi prospektindən üzü Nizami metrosuna tərəf olan hissədə işıqforların söndürülməsi hər gün bu ərazidə müxtəlif tipli qəzaların baş verməsinə səbəb olur. Çünki Hüseyn Cavid prospektinə getmək istəyən sürücülərlə, üzü Nizami Metrosuna tərəf getmək istəyən sürücülər arasında anlaşmazlıq yaranır. Eyni zamanda, prospektin 20 yanvar metrosuna tərəf olan istiqamətdə də işıqforlar söndürülür. Nəticədə Həsən Əliyev prospektinə getmək istəyən sürücülər onları buraxmaq məcburiyyətində qalırlar. İşıqforun işləməməsi burada da kiçik qəzaların baş verməsinə səbəb olur”.

Məsələ ilə bağlı sözügedən əraziyə baş çəkərkən də, işıqforların söndürüldüyünü müşahidə etdik. Ətrafdakı taksi sürücülərinin sözlərinə görə, işıqforlar günorta saatlarında sıxlığı aradan qaldırmaq üçün edilsə də, əksinə qəzalar baş verir və zərərçəkənlər arasında anlaşmazlıq yaranır.

 

 

 

OXŞAR XƏBƏRLƏR