Bakıda gündüz saatlarında talama hadisəsi: İki qız bir oğlan saxlanıldı

Bakıda gündüz saatlarında talama hadisəsi: İki qız bir oğlan saxlanıldı
HADİSƏ
12:02 22.11.2025
133
Paytaxtın Nəsimi rayonunda talama cinayətləri baş verib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, naməlum şəxslər günorta saatlarında mağazalardan birində alış-veriş edən şəhər sakininin çantasından içərisində 600 manat olan pulqabını, digər zərərçəkmişin əl çantasından isə 600 manat nağd pul, bank kartları və şəxsi əşyalarını oğurlayıblar.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən A.Yaqubova və N.Məmmədova saxlanılıblar.

Rayon ərazisində keçirilən digər tədbir zamanı isə avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən E.Həsənov da müəyyən olunaraq saxlanılıb.

Hər üç fakt üzrə araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR