Bakıda Gürcüstan vətəndaşı məsuliyyətə cəlb olundu
Bütün Xəbərlər
13:07 07.11.2012
1052
Bakıda qeydiyyatsız yaşayan Gürcüstan vətəndaşı inzibati məsuliyyətə cəlb olunub. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi və 2-ci polis bölməsinin əməkdaşları Gürcüstan vətəndaşı Pitskahalava Mamuka Vanoviç qeydiyyatsız yaşadığı üçün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-ci (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edib.