Bakıda göydələn yandı

Bakıda göydələn yandı
Bütün Xəbərlər
15:05 06.08.2012
1575

Hadisəyə elektrik naqilində qısa qapanmanın səbəb olduğu bildirilir.

Bu gün saat 14:00 radələrində Nərimanov rayonu ərazisində-Təbirz küçəsində “Su sonası” şadlıq sarayının yaxınlığında yerləşən hündürmərtəbəli binanın 6, 7, və 8-ci mərtəbələrində güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətnidən verilən məlumata görə, hadisə yerinə 5 yanğınsöndürən briqadası yollanıb. Alovun qarşısı alınıb.

İlkin ehtimala görə, yanğına 5-11-ci mərtəbələr arasında elektrik naqilində baş vermiş qısa qapanma səbəb olub. Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.

OXŞAR XƏBƏRLƏR