Bakıda gözəllik salonunda partlayış baş verib.
AZXEBER.COMbildirir ki, Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər rayonun Qarabağ küçəsi 42/9 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən gözəllik salonunda qeydə alınıb.
Təbii qaz sızmasının səbəb olduğu partlayış nəticəsində orada işləyən, 39 yaşlı Lalə Tofiq qızı Qasımova xəsarət alıb.
L. Qasımova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.