Bakıda hasar uçdu: 48 yaşlı qadın öldü

Bakıda hasar uçdu: 48 yaşlı qadın öldü
SOSİAL
09:47 16.11.2026
54
Bakıda 48 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sollar küçəsi, 100 ünvanında baş verib.

Sulutəpə qəsəbə sakini, 1978-ci il təvəllüdlü Samirə Nəsir qızı Nuriyeva piyada hərəkət edərkən boş torpaq sahəsinin ətrafına mişar daşları ilə hörülmüş hasar uçub. Hadisə nəticəsində qadın dağıntının altında qalaraq ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR