Sumqayıt-Novxanı avtomobil yolunda sərnişin avtobusu yanıb.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, sərnişinlərin sözlərinə görə, 123 saylı xətt üzrə işləyən avtobus hərəkətdə olarkən anidən alışıb.
Nəqliyyat vasitəsinin alovlandığını görən sərnişinlər təcili avtomobildən düşüblər və qaçaraq ərazidən uzaqlaşıblar.











































