Bakıda hava dəyişəcək

Bakıda hava dəyişəcək
Bütün Xəbərlər
12:17 23.07.2013
1036

Yaxın iki günə olan hava proqnozu açıqlanıb.

Yaxın bir necə gündə ölkə ərazisində küləkli hava şəraiti müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin ANS PRESS-ə verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, ancaq yağmursuz hava gözlənilir. Şimal-qərb küləyinin sürəti arabir güclənəcək. İyulun 24-də 30-35, 25-də isə 28-33 dərəcə isti proqnozlaşıdırlır. Azərbaycanın rayonlarında da yaxın günlərdə yağmursuz hava şəraiti müşahidə ediləcək. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Ayın 24-də Aran rayonlarında da 33-38, dağlıq rayonlarda 24-29 dərəcə isti olacaq. İyulun 25-də isə 30-35, 20-25 dərəcə isti gözlənilir. A.Verdiyevin sözlərinə görə, ötən gün müşahidə edilən hava şəraiti iqlim normasına uyğun olub. "Bu günə kimi anomal hava şəraiti qeydə alınmayıb. İyul ayının sonuna kimi də belə istilər gözlənilmir". olunub.

OXŞAR XƏBƏRLƏR