İyunun 14-dən 15-nə keçən gecə və səhər Bakıda və Abşeron yarımadasının bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə AZXEBER.COM-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.