Bakıda havanı toz basıb: Səbəbi nədir?

Bakıda havanı toz basıb: Səbəbi nədir?
SOSİAL
13:32 22.09.2026
134

Hazırda Bakı şəhərinin bəzi ərazilərində havada toz müşahidə olunur.

Şəhərdə havanın tozlu olması sakinlərin diqqətini çəkir. Xüsusilə küləyin zəif olduğu hava şəraitində tozun atmosferdə daha uzun müddət qalması və görünüş məsafəsinin azalması müşahidə oluna bilər.

Havada tozun miqdarının artması isə hava keyfiyyəti və insan sağlamlığı baxımından müəyyən narahatlıqlar yaradır.

Bu halın hansı səbəblərdən qaynaqlandığı və Bakıda havada tozun artmasına hansı amillərin təsir etdiyi maraq doğurur.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən ekoloq Cəmşid Bəxtiyar bildirib ki, Bakıda müşahidə olunan tozlu havanın daha çox lokal səbəblərlə əlaqəli olması ehtimalı yüksəkdir:

"Daha çox bunun lokal səbəblərdən yarandığını demək olar. Belə bir ehtimal daha güclüdür. Milli Hidrometeorologiya Xidməti bu gün Bakı-Abşeron üçün əsasən yağmursuz hava, sahil ərazilərində zəif külək proqnozlaşdırıb. Küləyin gün ərzində şimal-qərbdən cənub-şərqə dəyişəcəyi bildirilib. Yəni havanın bu dəyişkənliyi də tozun yaranmasına səbəb ola bilər. Daha maraqlı xüsus odur ki, səhər saatlarında külək çox zəif olur. Bir mənbədə səhər saat 06:00-da küləyin cəmi saniyədə 4-7, bəzi ərazilərdə isə 0-14 metr sürətlə əsdiyi göstərilir. Digər yerdə, yay vaxtı Almatıda isə küləyin təxminən saatda 5 kilometrə qədər olduğu göstərilir. Belə zəif külək şəraitində havada hissəciklərin sürətlə seyrəlməsi çətinləşir. Yerdəki mənbələrdən qalxmış toz və digər çirkləndirici hissəciklər atmosferin aşağı qatında qala bilər. Yaranmış tozlu hava şəraiti və hava keyfiyyəti göstəriciləri bununla əlaqəli ola bilər”.

C.Bəxtiyar qeyd edib ki, Bakı üzrə hava keyfiyyəti göstəriciləri də orta səviyyədə olub:

"Bu gün Bakı üzrə AQI məlumatlarına görə, şəhərin ümumi göstəricisi 78 AQI vahidi idi ki, bu da orta səviyyə hesab olunur. Bəs toz haradan ola bilər? Mənim ehtimallarım belədir ki, yol və şəhər səthlərində yaranan tozun rolu yüksəkdir. Avtomobillər asfalt üzərindəki incə mineral tozu yenidən havaya qaldıra bilirlər. Bu, xüsusilə quru havadan sonra baş verə bilər”.

Onun sözlərinə görə, tikinti və qazıntı işləri də Bakıda havadakı tozun artmasına təsir edən yerli amillər sırasındadır:

"Tikinti və qazıntı işləri də mühüm yerli mənbələrdəndir. Bakı Baş Planında nəzərdə tutulan ərazilərdə tikinti və sənaye fəaliyyətləri, nəqliyyatla yanaşı, buna təsir göstərən amillərdən ola bilər. Səhər saatlarında yüksək temperatur və zəif külək tozun havada daha çox görünməsinə şərait yarada bilər. Külək bir qədər sürətli olanda bu tozu daşıyır, aparır və yayır. Amma havanın küləksiz olması artıq havaya qalxmış tozun sürətlə yayılmasına mane olur. Yəni tozun atmosferdə daha uzun müddət qalmasına imkan verir”. 

Ekoloq havadakı tozun uzaq məsafələrdən, o cümlədən region ölkələrindən gəlməsi ehtimalının da tam istisna edilmədiyini bildirib:

"Təəssüf ki, toz kütlələrinin uzaq məsafələrdən gəlməsi ehtimalını da tamamilə istisna etmək olmaz. Azərbaycanın müxtəlif ərazilərinə İran, İraq, Mərkəzi Asiya və digər ölkələrdən toz kütlələrinin gəlməsi mümkündür. Ola bilər ki, bu ərazilərdən müəyyən toz kütlələri gəlib. Amma istənilən halda, bunu yüz faiz təsdiq edə bilən bir mənbə olmadığına görə, mən bunları yalnız ehtimal çərçivəsində səsləndirməyə üstünlük verirəm. Mənim gəldiyim mühüm nəticə budur”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
14:46 22.09.2026
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
14:42 22.09.2026
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
14:41 22.09.2026
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
14:26 22.09.2026
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
14:26 22.09.2026
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
14:18 22.09.2026
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
14:03 22.09.2026
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
13:44 22.09.2026
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
Bakıda havanı toz basıb: Səbəbi nədir?
13:32 22.09.2026
Bakıda havanı toz basıb: Səbəbi nədir?
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi
13:27 22.09.2026
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi
Emin Əmrullayev rəqəmsal təhsillə bağlı tədbirdə çıxış edib
13:07 22.09.2026
Emin Əmrullayev rəqəmsal təhsillə bağlı tədbirdə çıxış edib
Sabah hava necə olacaq?
13:05 22.09.2026
Sabah hava necə olacaq?
Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ
13:03 22.09.2026
Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ
Bir maaşla dolanmaq çətinləşib – İnsanlar niyə iki işdə işləyir?
12:50 22.09.2026
Bir maaşla dolanmaq çətinləşib – İnsanlar niyə iki işdə işləyir?
Deputat tikinti şirkətlərini tənqid etdi: “Gecə saatlarında tikinti aparılmasın”
12:49 22.09.2026
Deputat tikinti şirkətlərini tənqid etdi: “Gecə saatlarında tikinti aparılmasın”
İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
12:44 22.09.2026
İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb