Bakıda havanın temperaturu 16 dərəcəyə yüksələcək

Bakıda havanın temperaturu 16 dərəcəyə yüksələcək
Bütün Xəbərlər
07:53 29.11.2012
698
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR