Bakıda həbsxanada evləndilər - FOTO

Bakıda həbsxanada evləndilər - FOTO
Bütün Xəbərlər
19:51 23.09.2014
1452
Yeni ailə quran gənclər minnətdarlıqlarını bildiriblər.
Bakıdakı təcridxanaların birində nikah mərasimi həyata keçirilib.
AZXEBER.COM Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəsmi saytına istinadən xəbər verir ki, azadlıqdan məhrum edilmiş şəxslərin “ASAN” xidmətin fəaliyyətindən yararlanmasına şərait yaradılması istiqamətində tədbirlər davam etdirilir.
Belə ki, Penitensiar xidmətin 3 saylı İstintaq təcridaxanasında saxlanılan Rüstəmov Filidan və yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb. 22.09.2014-cü il tarixdə təcridxananın inzibati binasında 2 saylı Bakı "Asan Xidmət" mərkəzinin əməkdaşları Leyla Ağayeva və Aygün Hüseynova tərəfindən Rüstəmov Filidanın Hüseynova Sevinclə nikahı qeydə alınıb.
Yeni ailə quran gənclər yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və “ASAN” xidmətin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
OXŞAR XƏBƏRLƏR