Bakıda həkim aptek işçisini baltaladı

Bakıda həkim aptek işçisini baltaladı
Bütün Xəbərlər
12:48 02.06.2015
2472
Hadisə gecə saatlarında Məhəmmədi qəsəbəsində baş verib.
Əczaçı Davud Vəliyev iyunun 2-nə keçən gecə saatlarında növbədə olan zaman aptekə əvvəllər də oradan bir neçə dəfə dərman almış bir nəfər girib. O, Davuda dərmanların siyahısını verib. Əczaçının başı siyahıdakı dərmanları axtarmağa qarışanda "müştəri" sellofan torbada özü ilə gətirdiyi baltanı çıxarıb və Davudun başına zərbə endirib. Yerə yıxılan Davud özünü itirməyib və müqavimət göstərməyə başlayıb. Hücum edən şəxs sonra əczaçıya bir neçə dəfə balta ilə zərbə endirsə də, əczaçı özünü müdafiə etməsi sayəsində sağ qalıb.
Hücum edən şəxs isə kassadan 300 manata yaxın pulu götürərək hadisə yerindən uzaqlaşıb. Qonşuluqda yaşayanlar səsə gəliblər və yerdə qan içərisində uzanmış Davud Vəliyevi xəstəxanaya çatdırıblar. Xeyli qan itirən zərərçəkən həkimlərin səyi nəticəsində xilas edilib.
İlkin məlumata görə, hücum edən şəxs də əvvəllər Məhəmmədi qəsəbəsində yaşayıb, sonra başqa yerə köçüb. Onun adının Rüfət olduğu və son vaxtlaradək özəl klinikalardan birində həkim işlədiyi bildirilir. Rüfətdə bir müddət əvvəl narkotik aludəçiliyi yaranıb. Onun hadisəni də soyğunçuluq məqsədilə törətdiyi və əvvəllər yaşadığı Məhəmmədiyə məhz bunun üçün gəldiyi ehtimal edilir.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. Əməliyyatçılar hadisəni törətməkdə şübhəli bilinən həkimin axtarışlarına başlayıblar.
///apa tv
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025