Bakıda həkim imtahan zamanı öldü

Bakıda həkim imtahan zamanı öldü
Bütün Xəbərlər
11:20 08.03.2012
1644
Bakıda həkim qəflətən dünyasını dəyişib. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun verdiyi məlumata görə, hadisə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin binasında Sertifikasiya Komissiyasında keçirilən imtahan zamanı olub. Belə ki, 53 yaşlı stomatoloq Yavər Yaqubov qəflətən özünü pis hiss edərək yerə yıxılıb. Dərhal hadisə yerinə təcili yardım çağrılıb. Lakin həkimlər həkimin həyatını xilas edə bilməyib.
OXŞAR XƏBƏRLƏR