Bakıda hələ belə 'flaşmob' olmamışdı - VİDEO

GƏNCLİK
16:20 20.02.2013
6640
Binəqədi Rayon İcra Hakimiyəti, “İrəli” İctimai Birliyi, Amrahbank, “NOVCO” şirkətlər qrupu, “Leykemiya ilə mübarizə” İctimai Birliyi, “Qan Donorları Assosiasiyası”, Ümid.az Xeyriyyə Forumu, Park Bulvar AVM-nin birgə təşkilatçılığı ilə keçirilən “Leykemiya həftəsi” davam edir."İrəli"dən AZXEBER.COM-a verilən məlumata görə, layihə çərçivəsində "Corce Enesko" parkında “Leykemiyalı xəstələrə dəstək-Mən yaşamaq istəyirəm” adlı fləşmob keçirilib.Tədbirdə “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev, Binəqədi rayon İcra Hakimiyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Tamilla Hacıyeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qudsi Bayramov, “Leykemiya ilə mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova, “Qan Donorları Assosiasiyası”nın sədri Fuad Əsgərov, layihə rəhbəri Dünya Fərzəliyeva, “İrəli” İdman Mərkəzinin rəhbəri Niyaz Əliyev və “İrəli” fəalları iştirak ediblər.Leykemiya “ağ qan qırmızı qanı yeyən” xəstəlik kimi tanındığı üçün gənclər fləşmobda fəvvarənin suyunu qırmızı edərək, qırmızı qanın qalib gəldiyini nümayiş etdiriblər. Həmçinin insan şəklində toplaşıb, onun daxilində qan dövranını göstəriblər. Fəvvarə ətrafında isə leykemiyadan əziyyət çəkən uşaqların şəkillərindən ibarət sərgi keçirilib.Eyni zamanda könüllü gənclər qrupu tərəfindən şəhər sakinlərinə xəstəlik haqda maarifləndirici bukletlər paylanılıb.Sizə “Leykemiyalı xəstələrə dəstək-Mən yaşamaq istəyirəm” adlı fləşmobun videosunu təqdim edirik./

OXŞAR XƏBƏRLƏR