“Bakıda satılan “Lexus” avtomobillərinin 30 faizinin alıcıları qadınlardır”. Virtualaz.org saytı xəbər verir ki, bunu “Lexus Bakı” mərkəzinin satış üzrə məsləhətçisi Emin Hüseynov bildirib.
E.Hüseynovun verdiyi məlumata görə, şirkətBakıda keçirilən avtomobil sərgisində 3 bahalı modellə təmsil olunub. Nümayişolunan “GS450h F SPORT” modeli 73500 manat, “RX 450 Hybrid” modeli 75150manat, ən bahalı model sayılan “Lexus 600 Hybrid” isə 138 500 manatdır. EminHüseynov qeyd edib ki, “Lexus 600 Hybrid” kimi bahalı modelləri əsasənbiznesmenlər, iş adamları və dövlət müəssisələrindən alanlar var. Bölgələrdənisə əsasən özəl şirkətlər bu modeli alırlar. “Lexus”un alıcılarının 30 %-ni isəqadınlar təşkil edir və bu göstərici demək olar ki, sabitdir.
“Lexus Bakı” mərkəzinin kredit vəsığorta işləri üzrə mütəxəssisi Emin Zülfüqarov fins.az-a bildiribki, ilin əvvəlində avtomobil kreditlərinin dayandırılması satışlara ciddi təsiretmiş, ümumi satış 40-45 faiz aşağı düşmüşdü. Amma sonradan kreditlərin bərpaolunması nəticəsində hətta ilkin ödənişin artmasına baxmayaraq satışlar əvvəlkihəddinə qayıdır. Hazırda “Lexus”ların 50 faizini nağd, 50 faizini isə kreditlə alırlar.
E.Zülfüqarov bildirib ki, satılan“Lexus"ların hamısı sığortalanır. Kreditlə götürülən maşınları “BeynəlxalqSığorta”, “Qarant” və “Alfa” sığorta şirkətləri, nağd alış zamanı isə “Atəşgah”və “Alfa” sığorta şirkətləri sığortalayır. Sığorta haqqı avtomobilin qiymətindənasılı olaraq 3-3,5 faiz arasında dəyişir. Dəyəri 100-120 min manat olan bahalıavtomobillərdə isə sığorta haqqı 3,7 faizə çatır. Məsələn, qiyməti 138 500manat olan “Lexus 600 Hybrid” modelini buna misal göstərmək olar:“2012-ci ildə “LS 460” modelini nağd alış zamanı sığortalamışdılar. Ozaman qiyməti 110 min manat olan avtomobil üçün kasko sığorta haqqı 5124,5 manat olmuşdu”.